-
- 22-05-2023, 18:27
- 327
Nazirliyin əməkdaşına atəş açılması ilə bağlı saxlanılan var
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşına odlu silahdan atəş açmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.
O bildirib ki, Qazax rayonunda 2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşının odlu silah vasitəsilə xəsarət alınması ilə bağlı müraciətlə əlaqədar araşdırmalar davam etdirilir.
Faktla bağlı rayon sakini F. Mustafayev saxlanılaraq rayon polis şöbəsinə gətirilib və izahatı alınıb.
Hazırda araşdırmalar Rayon Prokurorluğunda davam etdirilir.