Küçədə ov tüfəngi ilə atəş açıb videoya çəkdi
    • 17-10-2022, 10:40
    • 320

Küçədə ov tüfəngi ilə atəş açıb videoya çəkdi

Sosial şəbkələrdə bir şəxsin Gədəbəy rayonunda odlu silahdan atəş açmasını görüntüləri yayılıb.

News24.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, görüntülərdə həmin şəxsin "Vinçester" markalı ov tüfəngi ilə havaya iki dəfə atəş açdığı görünür. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov məsələ ilə bağlı "Qafqazinfo"ya bildirib ki, videogörüntülər araşdırılıb:

"Görüntülər paylaşıldıqdan sonra dərhal Gədəbəy rayon Polis Şöbəsində müvafiq araşdırmalar həyata keçirilib. Keçirilən müəyyən tədbirlər nəticəsində, videodakı şəxsin Gədəbəy rayon Arıxdam kənd sakini Tural Məmmədov olması hazırda ölkə xaricində olması müəyyən edilib. Hazırda həmin şəxsin istintaqa cəlb edilməsi istiqamətində işlər davam etdirilir".