Naxçıvanda polis mayorunun öldüyü hadisənin VİDEOSU
    • 23-05-2023, 12:31
    • 205

Naxçıvanda polis mayorunun öldüyü hadisənin VİDEOSU

Xəbər verdiyimiz kimi,2 gün əvvəl Naxçıvan MR Şahbuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

News24.az xəbər verir ki, 2 nəfərin öldüyü dəhşətli hadisənin görüntüləri yayılıb. Həmin videonu təqdim edirik:

Qeyd edək ki, hadisə vaxtı Şahbuz rayonu Vayxır kəndi ərazisində 1971-ci təvəllüdlü Bəxtiyar Şirinovun idarə etdiyi “Lifan” markalı avtomobilin aşması nəticəsində özü və avtomobildə olan 1982-cil il təvəllüdlü Zahir Səfərov dünyasını dəyişib.

Vəfat edən şəxslərdən Z.Səfərov polis mayoru olub, o, Şahbuz RPŞ-də xidmət edirdi.
Hadisə ilə bağlı araşdırma aparılır.

Taleh BAĞIROV