İldırım vurması nəticəsində şəhid olan əsgər dəfn edildi - FOTO/VİDEO
    • 24-05-2023, 15:32
    • 271

İldırım vurması nəticəsində şəhid olan əsgər dəfn edildi - FOTO/VİDEO

Azərbaycan Ordusunun ildırım vurması nəticəsində vəfat edən əsgəri Məmmədli Davud dəfn edilib.

News24.az-ın məlumatına görə, şəhid Bakının Suraxanı rayonu Əmircan qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Xatırladaq ki, Bakı şəhər sakini, 2003-cü il təvəllüdlü Davud Fuad oğlu Məmmədli postda olan zaman onu ildırım vurub. Əsgər aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.