Futzal üzrə Azərbaycan Kubokunun qalibi bəlli oldu
    • 24-05-2023, 16:10
    • 193

Futzal üzrə Azərbaycan Kubokunun qalibi bəlli oldu

Futzal üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.

News24.az xəbər verir ki, finalda "Neftçi İK" və "Baku Fire" komandaları üz-üzə gəliblər.

Bakı İdman Sarayındakı qarşılaşma "Baku Fire"nin 5:0 hesablı qələbəsi ilə bitib. Qolları Oruc Baxşəlizadə, İaqo Henrique, Tofiq Əliyev (2) və Elvin Quliyev vurublar.

Qeyd edə ki, daha əvvəl Azərbaycan Yüksək Liqasında "Araz Naxçıvan" qalib olub.