Futzal yığmamız Yunanıstanı darmadağın etdi

Futzal yığmamız Yunanıstanı darmadağın etdi İdman
Futzal üzrə Azərbaycan millisi dünya çempionatının əsas seçmə mərhələsində növbəti oyununu keçirib.

News24.az-ın məlumatına görə, komandamız Yunanıstanın qonağı olub. Afinadakı qarşılaşma Azərbaycan yığmasının 7:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolları 2-ci dəqiqədə Rafael Vilela, 5 və 16-cı dəqiqələrdə Xətayi Bağırov, 18 və 25-ci dəqiqələrdə Qallo, 37-ci dəqiqədə Tyaqo Bolinya və 40-cı dəqiqədə Conatas Felipe vurublar.