-
- 22-12-2022, 01:12
- 278
“Sabah” klubu “Gəncə”ni məğlub edib
Azərbaycan Basketbol Liqasında (ABL) XI tura start verilib.
News24.az xəbər verir ki, açılış oyununda “Gəncə” və “Sabah” komandaları üz-üzə gəliblər. “Sərhədçi” İdman Mərkəzində keçirilən qarşılaşma Bakı təmsilçisinin 81:73 hesablı qələbəsi ilə başa çatıb. Ən məhsuldar basketbolçular “Gəncə”dən Kolin Törner (16 xal, 6 asist) və “Sabah”dan Kamran Məmmədov (22 xal, 7 ribaund) olublar.
Qeyd edək ki, turun digər oyunlarında “AAAF Xırdalan” NTD, “Sərhədçi” “Zirvə Astara”, “Olimpik Şəki” isə “Neftçi” komandaları ilə qarşılaşacaq. Görüşlər dekabrın 24–25-də keçiriləcək.