-
- 25-05-2023, 09:46
- 176
PKK tərəfdarları səs verən gənci yaraladı
Belçikanın paytaxtı Brüsseldə mayın 28-də Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turu üçün səsverən gənci yaralayıblar.
News24.az xəbər verir ki, yerli vaxtla saat 22:00-da səsvermə bitdikdən sonra PKK terror təşkilatının tərəfdarları seçki məntəqəsindən çıxan həmin gəncə kəsici alətlə hücum ediblər.
Hücuma məruz qalan gənc üzündən yaralanıb. Yaralı gəncə dəstək olmaq istəyənlərlə hücum edənlər arasında gərginlik yaranıb.
Hadisə şahidləri gəncə hücum edən qrupun terror təşkilatının lehinə şüarlar səsləndirdiyini bildiriblər.
Qarşıdurma zamanı küçədəki bəzi avtomobillərə də ziyan dəyib.
Hadisə yerinə gələn çox sayda polis gərginliyin artması ilə qarşıdurma qruplarını ayırıb. Yaralı gənc təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. /Anadolu Ajansı/