Evdə uşaq dünyaya gətirdi, çantaya qoyub binadan həyətə atdı - ŞOK HADİSƏ
    • 1-02-2023, 11:31
    • 251

Evdə uşaq dünyaya gətirdi, çantaya qoyub binadan həyətə atdı - ŞOK HADİSƏ

Türkiyədə dəhşətli hadisə baş verib.

News24.az xəbər verir ki, İstanbulun Bahçelievler Merkez Mahallesi Talatpaşa küçəsində evdə təmizlik işləri aparan S.B adlı əcnəbi qadın ötən gün saat 04:00 radələrində yeni doğulmuş körpəsini çantaya qoyaraq pəncərədən həyətə atıb.

Saat 14.00 radələrində hadisə yerinə gələn polis qrupları körpənin öldüyünü müəyyən ediliblər.

Qadın polis tərəfindən saxlanılıb. Hadisə ilə bağlı istintaqın davam etdiyi bildirilib. 

Qadının körpəni evdə dünyaya gətirdikdən sonra pəncərədən çölə atdığı bəlli olub. /Haber Global/

Teymur MƏMMƏDOV