Kremldən üçtərəfli görüşlə bağlı AÇIQLAMA
    • 25-05-2023, 12:07
    • 215

Kremldən üçtərəfli görüşlə bağlı AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla iki ikitərəfli görüş keçirəcək, daha sonra üçtərəfli görüş gözlənilir.

News24.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə mayın 25-də Moskvada işgüzar səfərdədir.

Turan