Bakıda qanunsuz  odlu silah gəzdirən şəxs saxlanılıb
    • 19-02-2019, 13:14
    • 1 027

Bakıda qanunsuz odlu silah gəzdirən şəxs saxlanılıb

Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə əməliyyat həyata keçirilib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, bölmə əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində Masallı rayon sakini Emin Sadıqov polislər tərəfindən şübhəli şəxs qismində Atatürk prosspektində saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd atəşə yararlı Belçika istehsalı olan “Browning” markalı tapança və həmin silaha məxsus 3 ədəd patron aşkar olunaraq maddi sübut kimi götürülüb.

E.Sadıqov barəsində 16-cı Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Artıq faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.