Türkiyənin 4 şəhərində Xocalı Soyqırımının 27-ci ildönümü ilə bağlı tədbir keçiriləcək
    • 19-02-2019, 13:30
    • 1 823

Türkiyənin 4 şəhərində Xocalı Soyqırımının 27-ci ildönümü ilə bağlı tədbir keçiriləcək

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Türkiyənin İstanbul, Ankara, Antalya və Aksaray şəhərlərində silsilə tədbirlər keçiriləcək.

Bu barədə News24.az-a Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma” İçtimai Birliyinin sədri, Qarabağ qazisi Şamil Sabiroğlu məlumat verib. O bildirib ki, bir neçə nəfərdən ibarət nümayəndə heyəti tədbirlərdə iştirak etmək məqsədi ilə bu həftə qardaş ölkəyə səfər edəcək. Tədbirlərin sonunda 26 fevral Xocalı Soyqırımı günü paytaxt Ankarada Böyük Millət Məclisində də tədbir baş tutacaq.

Ülkər QASIMOVA