Metro stansiyalarına Xocalı soyqırımını əks etdirən tablolar yerləşdirilib
    • 25-02-2019, 12:40
    • 1 288

Metro stansiyalarına Xocalı soyqırımını əks etdirən tablolar yerləşdirilib

“Xocalı faciəsinin 27-ci ildönümü münasibəti ilə stansiyalarımızda xatırladıcı lövhələr yerləşdirilib”.

Bunu News24.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib:

“26 Fevral “Xocalı Soyqırımı” ilə əlaqədar metropoliten işçiləri arasında Azərbaycan tarixində  baş verən dəhşətli hadisə haqqında maarifləndirici tədbir keçirilib. Eləcə də soyqırımın ildönümü  ilə bağlı stansiyalarımızda xatırladıcı lövhələr yerləşdirilib. Həmin lövhələrdə Azərbaycan xalqının üz-üzə qaldığı ağır hadisədə faciəvi şəkildə ölənlər, yaralananlar, körpələr və girov götürülənlər haqda ümumi məlumatlar əksini tapıb".

Şəlalə AĞAYEVA