Yazıçı Kəramət Böyükçölə ağır itki üz verib.
News24.az-ın xəbərinə görə, bu barədə K.Böyükçöl özü şəxsi media hesabında məlumat yayıb.
“Səhəri qara bir xəbərlə açdım. Əmim qəfil dünyasını dəyişdi. Rayona gedirəm, hər şey mənə yuxu kimi gəlir. Özümü inandıra bilmirəm”, - o qeyd edib.