Hacıkəndə yağan qar qəzaya səbəb oldu – Foto

Hacıkəndə yağan qar qəzaya səbəb oldu – Foto Hadisə

Gəncənin Hacıkənd qəsəbəsinə yağan güclü qar bir sıra problemlərə yol açıb.

News24.az xəbər verir ki, qəsəbədə yolun qarla örtülməsi səbəbindən "VAZ 21 07" markalı avtomobil sürüşərək dərəyə aşıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Hazırda Gəncə-Toğanalı-Kəlbcər avtomobil yolunun Hacıkənd qəsəbəsindən keçən hissəsində yollar buz bağlayıb. Avtomobillərin hərəkətində ciddi çətinliklər yaranıb.

Qar yağmaqda davam edir. (Teleqraf.az)

Hacıkəndə yağan qar qəzaya səbəb oldu – Foto