Qəbələdə DƏHŞƏTLİ QƏZA: Ölənlər və xəsarət alanlar var
    • 26-05-2023, 13:20
    • 203

Qəbələdə DƏHŞƏTLİ QƏZA: Ölənlər və xəsarət alanlar var

Qəbələdə mikroavtobusla minik avtomobili toqquşub, ölənlər və xəsarət alanlar var.

News24.az
xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Qəbələ rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumatlara görə, hərəkətdə olan mikroavtobus və minik avtomobili toqquşması nəticəsində ölənlər və yaralananlar var.

Hazırda hadisə yerində araşdırma aparırlar, ölən və xəsarət alanların şəxsiyyətləri dəqiqləşdirilir./report/