Qəbələdə avtomobillər toqquşdu, iki nəfər xəsarət aldı
    • 24-02-2023, 18:37
    • 202

Qəbələdə avtomobillər toqquşdu, iki nəfər xəsarət aldı

Qəbələdə avtomobillər toqquşub, iki nəfər xəsarət alıb.

News24.az xəbər verir ki, hadisə Qəbələ-Ağdaş avtomobil yolunun Qəbələ rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində "Opel"də olan iki nəfər, Göyçay rayon sakinləri Elşən Səmədov və Elgün Səmədov xəsarət alıblar. Yaralılar Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.//report