İyunun ilk günlərində hava şəraiti: yağış yağacaq
    • 27-05-2023, 11:44
    • 346

İyunun ilk günlərində hava şəraiti: yağış yağacaq

İyun ayının ilk günlərinə olan hava proqnozu açıqlanıb.

Bu barədə News24.az-a ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva açıqlama verib.

O bildirib ki, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək, iyunun 1-dən 4 -nə kimi yağıntılı olacaq:

“Bəzi ərazilərdə leysan xarakterli yağışlar gözlənilir. Temperatur bu günə nisbətən aşağı düşəcək. Gözlənilən leysan xarakterli yağışlarla əlaqədar bəzi dağ çaylarından qısamüddətli sel keçməsi də istisna olunmur”.