“Konyaspor” Mahir Emrelini transfer etmək istəyir
    • 27-05-2023, 12:30
    • 217

“Konyaspor” Mahir Emrelini transfer etmək istəyir

Xorvatiyada gələn ay icarədən qayıdacaq “Dinamo”nun (Zaqreb) futbolçuları müzakirə edilərkən milli komandamızın hücumçusu Mahir Emreli də diqqət çəkib.

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, xorvatiyalı həmkarlarımız “Konyaspor”un Emrelini transfer etmək istədiyini iddia edib:

“Ante Çaçiçin icarəyə göndərdiyi futbolçulardan biri də Mahir Emreli idi. Azərbaycanlı hücumçu daha çox oyun vaxtı qazanmaq istədiyi “Konyaspor”a yollandı. Türkiyə klubu onu təxminən 2 milyon avroya transfer etmək imkanı var. O, doqquz matçda bir qol vurub və Türkiyə klubu onu transfer etmək istəyir”.

Azərbaycan millisinin hücumçusunun Xorvatiya klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.