"Trabzonspor" da Mahiri transfer etmək istəyir? Açıqlama
    • 8-08-2019, 20:21
    • 807

"Trabzonspor" da Mahiri transfer etmək istəyir? Açıqlama

Türkiyənin “Trabzonspor” klubu Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Mahir Emrelini transfer edəcəyinə dair yayılan xəbərə münasibət bildirib.
News24.az xəbər verir ki, “Qafqazinfo”ya açıqlama verən klubun Futbolçu İzləmə Komitəsinin sədri İhsan Derelioğlu xəbəri təkzib edib.
“Hazırda gündəmdə belə bir məsələ yoxdur. Çox güman ki, menecerlər “Trabzonspor”un adından istifadə edib”, - deyə klub rəsmisi bildirib.
Qeyd edək ki, Türkiyə mətbuatı Super Liqa təmsilçisinin Mahir Emrelini transfer edəcəyinə dair xəbər yaymışdı. Mahirin özü isə “Qafqazinfo”ya açıqlamasında müxtəlif təkliflər olduğunu təsdiqləmiş, indiki halda fikrini “Qarabağ”ın oyunlarına yönəltdiyini bildirmişdi.