Almaniyada təyyarə avtomobilin üzərinə düşdü
    • 29-05-2023, 10:09
    • 227

Almaniyada təyyarə avtomobilin üzərinə düşdü

Bazar günü Almaniyanın Vetzlar (Hessen) şəhərinin mərkəzində yüngül mühərrikli təyyarə qəzaya uğrayaraq avtomobilin üzərinə düşüb.

News24.az xəbər verir ki, təyyarənin pilotu yerindəcə həlak olub.

Məlumata əsasən, daha bir neçə nəfər yaralanıb. Onların arasında təyyarənin düşdüyü avtomobilin sürücüsü də var.

Hadisənin baş vermə şəraiti və qəzanın səbəbləri araşdırılır.