Çində təyyarə binanın üstünə düşdü, ölən və yaralananlar var
    • 9-06-2022, 10:54
    • 228

Çində təyyarə binanın üstünə düşdü, ölən və yaralananlar var

Çinin Hubey əyalətinə yüngül mühərrikli təyyarənin düşməsi nəticəsində bir nəfər ölüb, 2 nəfər yaralanıb.

 News24.az xəbər verir ki, məlumatı Çinin Mərkəzi Televiziyası yayıb.

Bildirilib ki, təyyarə əyalətin Syanyan şəhərində xüsusi evin damına düşərək onu qismən uçurub. Ölən və yaralananlar yerli sakinlərdir.

Məlumata görə, təyyarənin pilotu katapult olunub. Onu hospitala yerləşdiriblər.

Qeyd olunub ki, hadisə iyunun 9-da səhər saatlarında olub. Təyyarənin düşməsi sonucunda binada yanğın olub. Hadisə yerinə tibb işçiləri, yanğınsöndürənlər və xilasedicilər cəlb edilib. Polis hadisənin səbəbini araşdırır.