ABŞ-da təyyarə okeana düşdü
    • 5-09-2022, 10:16
    • 299

ABŞ-da təyyarə okeana düşdü

ABŞ-ın Sietl şəhərinin yaxınlığında təyyarə Sakit Okeanına düşüb.

News24.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 1-i uşaq olmaqla 10 nəfər olub. 

Məlumata görə, təyyarə Mutini körfəzində qəzaya uğrayıb. 

Sərnişinlərdən birinin cəsədi aşkar olunub. Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Təyyarənin batdığı bildirilir.