Aysun keçmiş həyat yoldaşı haqda:
    • 29-05-2023, 13:18
    • 1 995

Aysun keçmiş həyat yoldaşı haqda: "Ona ehtiyacım yoxdur"

Müğənni Aysun İsmayılova keçmiş həyat yoldaşı, iş adamı Eşqin Cəlilovdan danışıb.

News24.az xəbər verir ki, Aysun İsmayılova İnstaqramda sosial şəbəkə istifadəçisinin "Ayıbdır, sanki acıx verirsiniz. Pis, yaxşı həyat yoldaşınız olub" şərhinə "Mən öz iş-gücümdəyəm. Fikir verirsinizsə, ümumiyyətlə, bu haqda danışmamışam və danışmayacam. Ailə ilə gündəmə gəlmək kimə lazımdırsa, o danışır. Mənim ona ehtiyacım yoxdur. Belə də başıma gələnlər, məni qınayanların başına gəlsin", - deyə cavab verib.

Qeyd edək ki, yaxın günlərdə Aysun İsmayılovanın şikayəti əsasında Eşqin Cəlilov 30 sutka inizbati qaydada həbs olunmuşdu.