Amerikalı politoloq Putini təhqir etdi
    • 24-07-2018, 13:13
    • 1 040

Amerikalı politoloq Putini təhqir etdi

 Helsinkidə yüksək səviyyəli ABŞ-Rusiya sammiti başa çatdıqdan sonra, Donald Tramp Vladimir Putini öz ölkəsinə dəvət edib. Görüş payızda Vaşinqtonda baş tutacaq.

News24.az-ın məlumatına görə, amerikalı politoloqlar bu dəvəti birmənalı qarşılamayıblar.

ABŞ Nümayəndələr Palatasının üzvü Erik Suoluell Putinin Ağ Evə dəvət olunmasına çox kəskin münasibət bildirib: "Rusiya ötən seçkilərdə bizim sesçkilərimizə və demokratiyamıza hücum etdi. Evinizi oğurlayan, qarət edən oğrunu axşam yeməyinə dəvət etmək olmaz. Biz prezident Putini Ağ Evə şam yeməyinə dəvət etməməliyik. Xüsusən seçkilər ərəfəsində".

Xatırladaq ki, noyabr ayında ABŞ Konqresində Aşağı Palatanın yenidən seçkisi keçiriləcək.

İlhamə