XİN başçısı Putini toya dəvət etdiyi üçün istefaya çağırıldı
    • 17-08-2018, 15:18
    • 1 290

XİN başçısı Putini toya dəvət etdiyi üçün istefaya çağırıldı

Avropa Parlamentinin Avstriyadan olan üzvü, "Yaşıllar - Azad Avropa Alyansı" fraksiyasının deputatı Mişel Reymon ölkənin xarici işlər naziri Karin Knaysslı Rusiya prezidenti Vladimir Putini toyuna dəvət etdiyinə görə istefa verməyə çağırıb.

Bu barədə M.Reymon özünün "Twitter" səhifəsində yazıb.

O hesab edir ki, Avstriyanın koalisiya hökuməti Avropa İttifaqında Rusiya rejiminə uzadılmış əl kimi qəbul edildiyindən Rusiya prezidentinin Avstriyanın yüksək çinli məmurunun toyuna dəvət edilməsi xarici siyasətdə ölkənin imicinə zərər vura bilər: "Xarici işlər naziri Karin Knayssl buna görə məsuliyyət daşıyır və Avstriyaya vurulan zərərin qarşısının alınması üçün dərhal istefaya getməlidir. O, könüllü istefa verməsə, federal kansler elə bu gün prezidentə onun istefaya göndərilməsini təklif etməlidir".