Bu avtobusların hərəkət sxemi dəyişdirildi
    • 29-05-2023, 17:12
    • 348

Bu avtobusların hərəkət sxemi dəyişdirildi

Biləcəri qəsəbəsi Ə.Qasımov küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Bakı Nəqliyyat Agentliyindən News24.az-a verilən məlumata görə, tətbiq edilən məhdudiyyət səbəbindən 83, 91 və 92 nömrəli müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Məhdudiyyət aradan qaldırıldıqdan sonra marşrutun əvvəlki sxem üzrə fəaliyyəti təmin ediləcək.