Ölkə sülhü ona borcludur - Qaribaşvili
    • 30-05-2023, 13:16
    • 224

Ölkə sülhü ona borcludur - Qaribaşvili

“Gürcü arzusu”nun hakimiyyəti dövründə ölkədə bir dənə də olsun münaqişə baş verməyib.

News24.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Bratislavada keçirilən Qlobal Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, hakim partiyanın dövründə Gürcüstan əhalisi dinc yaşayır: “90-cı illərdən bəri başqa hökumətlərin dövründə müharibələr, gərginliklər və münaqişələr olub. Bizim dövrümüzdə belə olmayıb və biz bir ərazi də itirməmişik. Bu, yaxşı nümunədir. Biz yaxşı presedent yaradırıq. Kiçik bir ölkənin bu təlatümlü dünyada necə sağ qala biləcəyini göstəririk. “Gürcü arzusu” Gürcüstan tarixində yeni səhifə – dünya səhifəsi açdı”.

Qeyd edək ki, “Gürcü arzusu” 10 ildən artıqdır hakimiyyətdədir.

Akqabay