-
- 1-11-2020, 10:32
- 663
Gürcüstanda səslərin 91,81% SAYILDI - YENİLƏNDİ
Gürcüstanın Mərkəzi Seçki Komissiyası 3 847 seçki məntəqəsinin 3 532-də (91,81%) səslərin hesablanması prosesini başa çatdırıb.
News24.az xəbər verir ki, nəticələrə görə, Gürcü Arzusu Partiyası 48,13% səs əldə edib.
Səs çoxluğuna əsasən ikinci yeri 26,84%-lə Vahid Milli Hərəkat Partiyası tutur.
Daha sonra Avropalı Gürcüstan Partiyası (3,79%), “Lelo” (3,21%), “Vətənpərvərlər Alyansı” (3,12%), “Aqmaşenebeli strategiyası” (3,15%), “Qirçi” (2,99%), “Vətəndaşlar – Eliko Elisaşvili” (1,36%) və Leyboristlər partiyası gəlir. /report.az
Gürcüstanın Mərkəzi Seçki Komissiyası 3 847 seçki məntəqəsinin 3 086-sı (80,22%) üzrə səsvermənin nəticələrini açıqlayıb.
News24.az “Report"un yerli bürosuna istinadən xəbər verir ki, nəticələrə əsasən Gürcü Arzusu Partiyası 48,34% səslə liderlik edir.
Vahid Milli Hərəkat 26,43%, Avropalı Gürcüstan Partiyası 3,78%, “Lelo” 3,26%, “Vətənpərvərlər Alyansı” 3,2%, “Aqmaşenebeli strategiyası” 3,16%, “Qirçi” 3,06%, “Vətəndaşlar – Eliko Elisaşvili” 1,4%, Leyboristlər partiyası isə 1,% səs əldə edib.
Gürcüstanda ötən gün keçirilən 10-cu çağırış parlament seçkilərində səslərin 78.16%-i (3007 seçki məntəqəsi) hesablanıb.
News24.az Gürcüstan MSK-ya (CESKO) istinadən xəbər verir ki, bu saata olan göstəriciyə əsasən, hakim “Gürcü Arzusu” partiyası səslərin 48,36%-ni, "Vahid Milli Hərəkat-Birləşmiş Müxalifət" seçki bloku isə 26,35%-ni qazanıb. Digər müxalif partiyalardan "Avropalı Gürcüstan" 3.79%, "Gürcüstan Vətənpərvərləri Alyansı" 3,2%, "Aqmaşenebeli Strategiyası" 3.16%, “Girçi” 3.07%, "Gürcüstan Leyboristlər Partiyası" 1,01% səs toplayıb.
Qeyd edək ki, Gürcüstan parlamentinə daxil olmaq üçün minimum seçki baryeri 1% təşkil edir. /apa.az
Oktyabrın 31-də Gürcüstanda keçirilən parlament seçkilərində hakim Gürcü Arzusu Partiyası liderlik edir.
News24.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Gürcüstan Mərkəzi Seçki Komissiyası səslərin 58,54 faizinin hesablandığını, Gürcü Arzusu Partiyasının 49,32 faiz səs topladığını açıqlayıb.
Mixeel Saakaşvilinin Vahid Milli Birlik Partiyasının təmsil olunduğu müxalif "Güc və Birlik" bloku 25,94 faiz səs toplayıb. Parlamentə Avropa Gürcüstanı, Vətənpərvərlər Alyansı, Lelo, Qirçi, Aqmaşenebeli Strategiyası və Vətəndaş partiyaları da daxil olub.
Sabiq spiker Nino Burcanadzenin Vahid Gürcüstan Partiyası parlamentdə təmsil olunmaq üçün 1 faizlik səs baryerini aşa bilməyib. Bundan əlavə, 30 birmandatlı dairənin 15-də seçkilərin ikinci turu keçiriləcək.
Qeyd edək ki, Gürcüstanda deputatlar 4 illik müddətə seçilir. 150 deputatdan 130-u partiya siyahısı ilə proporsional qaydada, 30 deputat isə majoritar dairələrdən seçilir. Partiyalar üçün parlament seçkilərində baryer 1 faiz müəyyənləşdirilib, majoritar dairələrdə isə qələbə üçün hər hansı namizəd 50 faizdən çox səs toplamalıdır. Təkbaşına hökumət qurması üçün hər hansı partiya seçkilərdə səslərin 40 faizindən çoxunu toplamalıdır.