-
- 30-05-2023, 18:00
- 436
Aİ Kişinyovda sabah böyük görüş hazırlayır - KİV
Avropa İttifaqı mayın 31-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa və Almaniya liderləri Emmanuel Makron və Olaf Şolts, həmçinin Avropa Şurasının rəhbəri Şarl Mişel arasında Kişinyovda Avropa siyasi sammiti çərçivəsində böyük görüş hazırlayır.
News24.az TASS-a istinadla xəbər verir ki, bu barədə Brüsseldə Aİ-nin yüksək səviyyəli nümayəndəsi jurnalistlərə bildirib.
“Mən təsdiq edə bilərəm ki, Ermənistan və Azərbaycan liderləri ilə görüş olacaq. Sabah prezident Makron və kansler Şoltsz ilə birlikdə böyük bir görüş olacaq. Bu, səylə hazırladığımız bizim üçün böyük bir işdir”, - o bildirib.
Xatırladaq ki, mayın 14-də Brüsseldə üçtərəfli görüşdən sonra Azərbaycan, Ermənistan və Avropa Şurasının rəhbərləri mayın 31-də Kişinyovda görüşməyə razılaşıblar.
Akqabay