Putin və Zelenski Türkiyəyə gedəcək
    • 31-05-2023, 12:44
    • 250

Putin və Zelenski Türkiyəyə gedəcək

Rusiya prezident Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski həmkarları Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimindən sonra Türkiyəyə səfər edəcək. 

News24.az "Hürriyet"ə istinadən xəbər verir ki, Ərdoğanın həmkarları ilə taxıl müqaviləsini və Ukraynadakı münaqişənin gedişatını müzakirə edəcəyi gözlənilir.

İlk olaraq, Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfər edəcəyi, bunun ardınca isə Ukrayna lideri Volodimir Zelenskinin səfərinin baş tutacağı gözlənilir.

Qeyd edək ki, mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilib. Ərdoğan 52 faizdən çox səslə qalib gəlib.

Qumral