Ərdoğan Putin və Zelenskini bunun üçün Türkiyəyə dəvət etdi
    • 19-01-2022, 11:43
    • 738

Ərdoğan Putin və Zelenskini bunun üçün Türkiyəyə dəvət etdi

Türkiyə Rusiya prezidenti Vladimir Putin və ukraynalı həmkarı Vladimir Zelenski arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır.

News24.az
RİA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın nümayəndəsi İbrahim Kalın məlumat verib.

O bildirib ki, prezident Rəcəb Tayyib Ərdoğan hər iki lideri aralarındakı problemləri və fikir ayrılıqlarını həll etmək üçün Türkiyədə görüş keçirməyə dəvət edib.

Həmçinin bildirilib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında gərginliyin azaldılması üçün istənilən rolu oynamağa hazırdır.