-
- 31-05-2023, 14:44
- 306
Ərdoğana qarşı kampaniya aparan “The Economist”: “Bu qələbə göstərdi ki...”
Türkiyədə prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğan 52 faiz səslə qalib gəlib. Türkiyədəki seçkiləri yaxından izləyən Avropa və Amerika mətbuatında Ərdoğanın uğurundan yazır.
News24.az xəbər verir ki, seçki prosesinin ilk günündən mayın 14-nə kimi qalmaqallı ifadələr də daxil olmaqla, Ərdoğan və Türkiyə düşmənçiliyi ilə bağlı yazılar dərc edən İngiltərənin “The Economist” jurnalı bu dəfə Ərdoğanın qələbəsindən yazıb.
“Ərdoğanın Türkiyədə prezident seçkilərində qələbəsi onun artıq nə qədər gücə sahib olduğunu göstərir”, - nəşr yazır.
Lakin seçki sabahı – 29 mayda “The Economist” bunun əksini bəyan edib. Nəşr qələbədən sonra “Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə prezidenti seçildi” başlıqlı xəbərində xalqın iradəsinə məhəl qoymamışdı. Məqalədə “Türkiyə öz demokratiyasını bərpa etmək üçün on ildə ən yaxşı şansını itirdi” ifadəsi, sanki demokratik seçkilərə gedənin xalq olmadığı təsiri yaratmağa hesablanmışdı.
Akqabay