İki gün sonra Türkiyə prezidenti kim olacaq? - Sorğuda SON NƏTİCƏLƏR
    • 26-05-2023, 15:22
    • 261

İki gün sonra Türkiyə prezidenti kim olacaq? - Sorğuda SON NƏTİCƏLƏR

“Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin ikinci turunda səslərin 53,7 faizini toplayacaq.

News24.az xəbər verir ki, bunu Türkiyə Araşdırmalar Fondunun keçirdiyi sorğunun nəticəsi göstərir.

“Sorğunun nəticələrinə görə, Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin ikinci turunda 53,7 faiz səslə yenidən seçiləcək. İkinci turda Tayyib Ərdoğanın lehinə 1,75%, Kamal Kılıçdaroğlunun lehinə isə 1,25% səs dəyişikliyi olacağı təxmin edilir”, - məlumatda deyilir.

Sorğuda ölkənin 26 vilayətindən olan ümumilikdə 3 mindən çox insan iştirak edib.

Turan