-
- 1-06-2023, 12:49
- 272
DYP turlarla bağlı məktəblərə çağırış etdi
"Məktəblilərlə təşkil edilən turlarda təhlükəsiz hərəkət üçün bütün bütün məktəblərdən xahiş edirik ki, bizə müraciət etsinlər. Biz məktəblilərin səfərlərinin təhlükəsiz şəkildə təşkil olunmasında onlara dəstək göstərəcəyik".
News24.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev “Uşaqlar, hüquqlar, qəzalar və çıxış yolları” adlı işgüzar konfransda deyib.
O qeyd edib ki, məktəblilərlə təşkil edilən turlarda qəza hallarının olmasına rast gəlinir:
"Qəzaların olmaması üçün xahiş edirik ki, bütün məktəblər bizə müraciət etsinlər. Biz onların yollarda təhlükəsiz hərəkəti üçün müvafiq addımlar atacağıq. Çünki səfərləri xüsusilə də dağlıq rayonlara olur. Onların həmin ərazilərdə rahat hərəkət edə bilmələri vacibdir. İstəyirik ki, bu yay heç bir uşaq belə qəzalarda xəsarət almasın".
Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, “Liatris Holding”, Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi , Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və AVTO FM Radiosunun birgə dəstəyi və təşkilatçılığı ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı keçirilir.
Akqabay