"Qəzalarda statistikaya nəzər salanda..." - Namidan Piriyev
    • 1-06-2023, 11:39
    • 208

"Qəzalarda statistikaya nəzər salanda..." - Namidan Piriyev

Qəzalarda statistikaya nəzər salanda təkcə bu ilin 4 ayı ərzində 7 uşaq dünyasını dəyişib, 27 uşaq yaralanıb. Ötən il 57 uşaq qəzanın qurbanı olub, 145 uşaq isə müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlar içərisində sağalıb həyata qayıdanlar da olub, ömürlük şikəst qalanlar da. 

News24.az xəbər verir ki, bunu “Uşaqlar, hüquqlar, qəzalar və çıxış yolları” adlı işgüzar konfransda çıxışı zamanı Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin rəisi polis polkovnik-leytenantı Namidan Piriyev deyib. O bildirib ki, uşaqları yol hərəkəti qaydaları ilə bağlı maarifləndirmək lazımdır.

Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, “Liatris Holding”,  Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi , Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və AVTO FM Radiosunun birgə dəstəyi və təşkilatçılığı ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı keçirilir.

Qumral ƏLİYEVA