Prezident Avropa Siyasi Birliyinin sammitinə gəldi
    • 1-06-2023, 13:00
    • 321

Prezident Avropa Siyasi Birliyinin sammitinə gəldi

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Siyasi Birliyinin sammitinə gəlib.

News24.az xəbər verir ki, Azərbaycan Prezidentini Moldova Prezidenti Mariya Sandu qarşılayıb.

Sammitdə 40-dan çox dövlət başçısı, eləcə də Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, Avropa Parlamentinin Prezidenti Roberta Metsola və Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel iştirak edir.

Qeyd edək ki, tədbir Kişineudan 35 km aralıda yerləşən Bulboaka kəndində, Mimi qəsrində keçirilir.