-
- 2-06-2023, 12:04
- 351
Ərdoğanın yeni kabinetinin ilk isimləri: Şentopu görün kim əvəz edəcək
“Hürriyet” qəzetinin yazarı Abdulkadir Selvi yeni kabinetdə yer alacaq adlarla bağlı diqqətçəkən yazı yazıb.
News24.az xəbər verir ki, Selvi Türkiyə Böyük Millət Məclisinin yeni sədrinin Numan Kurtulmuş olacağını bildirib.
“Seçkidən sonra AK Partiyada gündəm yeni kabinetin və məclis sədrinin seçilməsidir, müxalifət isə qaynayıb-qarışır. Məclis sədri böyük ölçüdə bəlli oldu. Numan Kurtulmuş Məclisin spiker olur. Kurtulmuş biliyi, təcrübəsi və demokratiya mübarizəsi ilə layiqli bir addır”, - Selvi qeyd edib.
“AK Partiya MYK-da TBMM-dəki kritik tarazlıq səbəbiylə millət vəkillərindən nazir olunmaması tendensiyası gündəmə gəlib. Ərdoğan bu fikri müdafiə edən partiya böyüklərini dinləyib. Bununla belə, 3-4 nazirin sonda əvvəlki vəzifələrinə qayıdacağı düşünülür. İki nazirin adı demək olar ki, bəlli idi. Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumla bağlı ittifaq əldə edilib. İki nazir gözləmədədir. Daha çox yeni adların nazir olacağı söylənilir. Nazir müavinlərindən bir neçəsini nazir kimi görə biləcəyik”, - “Hürriyet”in yazarı bildirib.
Akqabay