-
- 1-06-2023, 09:33
- 292
Kulis bilgisi gəldi: Ərdoğanın yeni kabinetində görün kimlər olacaq
“Hürriyet” qəzetinin köşə yazarı Abdulkadir Selvi elan ediləcək yeni kabinetlə bağlı bir sıra məlumatları paylaşıb.
News24.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan şənbə günü Türkiyə Böyük Millət Məclisində and içdikdən sonra yeni kabineti açıqlayacaq.
Abdulkadir Selvi “CNN Türk”-ə son kulis məlumatlarından danışıb.
Türkiyə Böyük Millət Məclisinin sədrliyi üçün AK Partiya üzvü Numan Kurtulmuşdan danışıldığını ifadə edən Selvi, Kurtulmuş adının Prezident Ərdoğanla MHP sədri Dövlət Baxçalı ilə görüşündən sonra daha çox gündəmə gəldiyini bildirib.
“İki vitse-prezident ola bilər”, deyən Selvi bunları söyləyib: “Onlardan biri iqtisadiyyatdan məsul olacaq. Mehmet Şimşək adı önə çıxır. Mehmet Şimşekin beynində bəzi suallar var. Bəlkə də onun yeni görüşü olacaq. Mehmet Şimşek iqtisadiyyatın idarəçiliyində olacaq. Ticarət Nazirliyinə Lütfü Elvan, Xəzinə və Maliyyə Nazirliyinə isə Cevdet Yılmaz keçı bilər”.
Energetika və Təbii Sərvətlər Nazirliyi üçün iki adın güclü şəkildə önə çıxdığını vurğulayan Selvi, “Energetika Nazirliyi üçün EPDK sədri Mustafa Yılmaz və Energetika nazirinin müavini Alparslan Bayraktarın adları çəkilir”, - deyib.
Təhlükəsizlik Siyasəti eksperti Mete Yarar Baş Qərargah rəisi Yaşar Gülərin adının Milli Müdafiə Nazirliyi üçün danışıldığını bildirib.
Akqabay