Türkiyə - Azərbaycan oyununun VAXTI AÇIQLANDI
    • 2-06-2023, 12:47
    • 180

Türkiyə - Azərbaycan oyununun VAXTI AÇIQLANDI

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Türkiyənin müvafiq yaş qrupundan ibarət yığmasına qarşı keçirəcəyin oyunun məkanı və başlama vaxtı müəyyənləşib. 

News24.az xəbər verir ki, iyunun 17-də baş tutacaq qarşılaşma İstanbulda keçiriləcək.

Türkiyə - Azərbaycan matçı “Esenyurt Necmi Kadıoğlu” stadionunda təşkil olunacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, U-21 iki gün sonra – iyunun 20-də isə “Dalğa Arena”da, saat 19:30-da Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.