Moldova - Azərbaycan oyununun vaxtı dəqiqləşdi
    • 19-10-2022, 13:24
    • 168

Moldova - Azərbaycan oyununun vaxtı dəqiqləşdi

Futbol üzrə Moldova və Azərbaycan yığmaları arasında keçiriləcək yoldaşlıq matçının dəqiq vaxtı bəlli olub.

News24.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 16-da Kişineudakı "Zimbru" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 20-də Skopye şəhərindəki “Todor Proeski Milli Arena”da Şimali Makedoniya ilə üz-üzə gələcək.