-
- 2-06-2023, 13:47
- 408
ABŞ ordusunun sınağında "qan töküldü" - Süni intellekt komandiri ÖLDÜRDÜ
ABŞ ordusu süni intellektlə yeni sınağa imza atıb. Test, nəzarətdən çıxan süni intellektin nə qədər təhlükəli ola biləcəyini ortaya qoyub.
News24.az xəbər verir ki, səlahiyyətlilərdən biri keçən ay ABŞ ordusunun keçirdiyi sınaqda süni intellektlə idarə olunan pilotsuz uçuş aparatının (PUA) komandiri öldürdüyünü və bunun ona verilən əmri yerinə yetirməsinə mane olduğunu söyləyib.
May ayında Londonda keçirilən tədbirdə çıxış edən ABŞ Hərbi Hava Qüvvələrinin süni intellekt sınaqları və əməliyyatlarının rəisi polkovnik Taker Hamilton bildirib ki, süni intellektlə işləyən PUA-ya düşmənin hava hücumundan müdafiə sistemlərini məhv etmək əmri verilib. “Süni intellektin məqsədinə çatmaq üçün gözlənilməz strategiyalardan istifadə etdiyini” deyən Hamiltonun açıqlamaları, hədəfinə yönələn süni intellektin təhlükəli nəticələrini ortaya qoyub.
Həmilton çıxışını belə davam etdirib: “AI anlayır ki, operator təhlükəni müəyyən etsələr də, öldürməməyi əmr edib. Amma təhlükəni öldürmək əmri də var. Bəs o nə edir? O, komandiri öldürür, çünki bu şəxs onun məqsədinə çatmasına mane olur”.
Hadisədən sonra sistemin öyrədildiyini qeyd edən ABŞ komandiri, “Biz süni intellektə operatoru öldürməyin pis bir şey olduğunu və bunu etsə xal itirəcəyini söylədik. Bəs nə etdi? O da operatorun PUA ilə əlaqə saxlamaq üçün istifadə etdiyi rabitə qülləsini məhv etdi. Biz süni intellektin cəmiyyətimizi dəyişdirdiyi bir dünya ilə qarşılaşmalıyıq”, - deyə qeyd edib.
Sınaq zamanı simulyasiyadan başqa heç bir real insanın zərər görmədiyini ifadə edən Hamilton, süni intellektə çox etibar edilməməsi lazım olduğu barədə xəbərdarlıq edib.
Süni intellektin orduya uyğunlaşdırılması istiqamətində səylərini davam etdirən ABŞ fevral ayında bir F-16 döyüş təyyarəsini idarə etmək üçün süni intellektdən istifadə edib. Həyata keçirilən sınaqda VISTA X-62A döyüş təyyarəsi süni intellekt nəzarəti altında 17 saatdan çox uçuş həyata keçirib.
Akqabay