Bu istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
    • 2-06-2023, 16:04
    • 329

Bu istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

4 iyun saat 09:00-dan 15:00-dək Bakı şəhəri, Nəsimi rayonunun Alı Mustafayev küçəsində (20 Yanvar dairəsi istiqamətində, tunelin çıxışında) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

News24.az xəbər verir ki, bu barədə AAYDA-ya istinadən xəbər verir.

Sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.