Diqqət: Bu gecə saat 02:00-dan etibarən...
    • 10-04-2023, 17:05
    • 527

Diqqət: Bu gecə saat 02:00-dan etibarən...

Mərdəkan-Zağulba avtomobil yolunun 8-ci km-də yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədar olaraq 11 aprel saat 02:00-dan 04:00-dək qeyd olunan hissədə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq (yol bağlanmır).

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən News24.az-a verilən məlumata görə, sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun nəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.