-
- 2-06-2023, 16:50
- 371
"Orta Dəhliz yeni İpək yolunun davamıdır"
Orta Dəhliz yeni İpək yolunun davamıdır.
News24.az xəbər verir ki, bunu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) baş katibi Qaydar Abdikerimov deyib.
"Hər kəs elə hesab edir ki, Orta Dəhliz Şimal Dəhlizinə rəqib olaraq yaradılıb, lakin bu, belə deyil. Orta Dəhliz 10 ildir ki, yaradılıb. Assosiasiya olaraq isə 6 ildir ki, yaradılmışıq. Orta Dəhliz yeni İpək yolunun davamıdır və multimodal dəhlizdir"- baş katib qeyd edib.
O bildirib ki, Şimal dəhlizində yüklər əsasən dəmir yolu ilə daşınır. Lakin bu dəhlizdə yükdaşımalar tamamilə fərqlənir. Orta Dəhlizdə daşınan yüklər 3 dənizdən keçir.
"Böhran başlayan kimi bizə Avropanın Şərqindən və Qərbindən müxtəlif ölkələr müraciət etdi. Bizim marşrut daha da genişləndi. 2022-ci il Orta Dəhlizin əhəmiyyətini bir daha vurğuladı", - o, əlavə edib.