Azərbaycan XİN Hindistana başsağlığı verdi
    • 3-06-2023, 11:09
    • 274

Azərbaycan XİN Hindistana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Hindistana başsağlığı verib.

News24.az xəbər verir ki, bu barədə Nazirliyin rəsmi Tvitter səhifəsində paylaşım edilib.

"Hindistanda dəhşətli sərnişin qatarı qəzası xəbəri dərindən kədərləndi. Bu faciəvi qəzada yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı verir, Hindistan xalqının və hökumətinin kədərini bölüşürük" - paylaşımda bildirilib.