Ərdoğanın qələbəsindən sonra Türkiyədə mənzil alan rusların sayı REKORD HƏDDƏ ÇATDI
    • 3-06-2023, 13:48
    • 280

Ərdoğanın qələbəsindən sonra Türkiyədə mənzil alan rusların sayı REKORD HƏDDƏ ÇATDI

Türkiyədə prezident seçkilərinin nəticələrinin açıqlanmasından sonra rusların ölkədə daşınmaz əmlaka olan tələbatı həftə ərzində 20-50% artıb. 

News24.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti yazır.

Türkiyə rəsmilərinin məlumatına görə, aprel ayında ruslar Türkiyədə ölkədə 817 yaşayış obyekti alıblar ki, bu da mart ayı ilə müqayisədə 30%, 2022-ci ilin aprel ayı ilə müqayisədə isə 29% azdır. Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qalib gəlməsindən sonra yerli daşınmaz əmlak şirkətlərinin mövcud müştəriləri də daxil olmaqla tələblər bərpa olunmağa başlayıb.

Qəzetin müsahibə verdiyi ekspertlər xüsusilə yüksək büdcəli müştərilərin türk daşınmaz əmlakına tələbat göstərməyə başladığını bildiriblər. Bundan əlavə, İstanbulda 390-465 min avroluq çeklə daşınmaz əmlak almaq istəyənlərin sayı  artıb. Mütəxəssislər yayda rusların Türkiyədə daşınmaz əmlaka tələbatının sabit olacağını etiraf ediblər.

Ekspertlər izah ediblər ki, prezident seçkilərinin nəticələri elan olunmazdan əvvəl rusiyalılar qeyri-müəyyənlik vəziyyətində olublar və prezidentliyə namizədlərin bəzi açıqlamaları onları çaşdırıb. Məsələn, Kamal Kılıçdaroğlu Türkiyə pasportlarının xarici investorlara verilməsinin dayandırılması planlarından danışıb. O, həmçinin anti-Rusiya sanksiyalarına dəstək vermək istəyib.

İlin əvvəlindən Türkiyə Rusiya vətəndaşlarının yaşayış icazəsi almaq üçün ən çox müraciət etdiyi ölkələrdən birinə çevrilib. RBC “Tranio” analitiklərinin statistikasına istinadən xəbər verir ki, bu, ruslardan gələn müraciətlərin ümumi sayının 21%-ni təşkil edib. İndi Türkiyədə yaşamaq icazəsi almaq üçün əhalinin az məskunlaşdığı ərazilərdə dəyəri 50 min dollardan, meqapolislərdə isə 75 min dollardan çox olan daşınmaz əmlak almaq lazımdır.

Akqabay