-
- 13-09-2021, 11:20
- 909
Daşınmaz əmlak bazarı: İlkin mənzillərin qiyməti artıb, təkrar mənzillər ucuzlaşıb
Bu ilin avqust ayında əvvəlki ayla müqayisədə daşınmaz əmlak bazarında qiymətlər təxminən stabil qalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə qiymətlərdə 8,42 % artım olub.
Bu barədə News24.az-a “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri, MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov məlumat verib.
N.İbrahimov təkrar mənzillərin qiymətinin azaldığını bildirib:
“Təkrar mənzil bazarında qiymətlər ay ərzində 2,95 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,73 % azalıb. İlkin mənzil bazarında ay ərzində qiymətlərdə 1,93 %, ötən ilin eyni dövrü ilə müqayisədə 12,18 % bahalaşma qeydə alınıb”.
“Mənzillərin kirayəsi bazarında qiymətlər ay ərzində 0,36 %, ötən ilin eyni dövrü ilə mqayisədə 3,47 % artıb”, - deyə ekspert əlavə edib.