Sabah Ərdoğan yeni nazirlərlə iclas edəcək - Masada seçki vədləri var
    • 5-06-2023, 09:38
    • 116

Sabah Ərdoğan yeni nazirlərlə iclas edəcək - Masada seçki vədləri var

Mayın 28-də keçirilən seçkilərdən sonra yenidən Türkiyə prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan ötən gün Nazirlər Kabinetini yeni tərkibini açıqlayıb.

News24.az xəbər verir ki, Nazirlər Kabinetinin yeni üzvləri öz vəzifələrini keçmiş nazirlərdən təhvil alaraq işə başlayıblar.

 Ötən gün 8 nazirin təhvil-təslim mərasimi keçirilib. Bu gün isə daha 7 nazirin təhvil-təslim mərasimi keçiriləcək.

Sabah isə  Rəcəb Tayyib Ərdoğan yeni nazirlərlə görüşəcək.

Nazirlər Kabinetinin ilk iclasında yeni dövrün yeni yol xəritəsinin, xüsusilə iqtisadiyyat və terrorla mübarizənin müzakirə ediləcəyi gözlənilir.

Bundan əlavə, seçki vədləri olaraq açıqlanan zəlzələ bölgəsində evlər, evdar qadınların pensiyası, gənclərə vergisiz telefon və faizsiz evlilik kreditləri kimi mövzuların da masada olacağı düşünülür. /Haber Global/