Bir ailə yandı, 2 yaşlı körpə isə öldü - Bakıda evdə partlayış
    • 21-02-2019, 10:12
    • 1 008

Bir ailə yandı, 2 yaşlı körpə isə öldü - Bakıda evdə partlayış

Binədə, Hövsan südçülük sovxozunda evdə partlayış baş verib.

1994-cü il təvəllüdlü Əliyeva Nargilə yaşadığı evdə odun sobasını yandırarkən sobaya çoxlu miqdarda həlledici məhlul (rastvoritel) töküb. Nəticədə odun sobası partlayıb və qadının özü, həyat yoldaşı, 1990-cı il təvəllüdlü Əliyev Sadiq Həsən oğlu, övladları, 2012-ci il təvəllüdlü Əliyeva Xədicə Sadiq qızı və 2017-ci il təvəllüdlü Əliyev Məhəmməd Sadiq oğlu aldığı müxtəlif bədən xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

İki yaşlı M.Əliyev isə dünən xəstəxanada həyatını itirib.

//Qafqazinfo.az